Mütəxəssislər “Facebook”un proqram təminatında olan nasazlığı aradan qaldırmağa çalışırlar

A man stands in front of a monitor displaying the Facebook Inc. website in this arranged photograph in Tokyo, Japan, on Wednesday, May 16, 2012. Facebook Inc. is boosting the number of shares for sale in its initial public offering to 421 million, letting it raise as much as $16 billion, two people with knowledge of the deal said. Photographer: Tomohiro Ohsumi/Bloomberg via Getty Images

“Facebook” işçiləri hesab edirlər ki, sosial şəbəkənin və digər tətbiqlərin işindəki nöqsanların səbəbi proqram təminatında olan nasazlıq idi, hal-hazırda proqramın tam bərpası üçün iş gedir. Bu barədə TASS-a “Facebook” nümayəndələri bildiriblər.

“Bu gün, mərkəzi proqram sistemlərimizdən birində yaranan problem səbəbindən bir çox insan “Facebook” tətbiqlərinə daxil olmaqda çətinlik çəkib. Dərhal analiz apardıq, girişi təmin etməyə başladıq, indi tam bərpa üzrə işləyirik. Narahatçılığa görə üzr istəyirik”, – deyə şirkətdə qeyd ediblər.

“Downdetector” saytının məlumatına görə, gün ərzində dünyanın müxtəlif ölkələrində “Instagram” və “Facebook” istifadəçiləri nasazlıqlar haqqında xəbər veriblər.

Rəylər

OXŞAR XƏBƏRLƏR