Millimiz Latviya və Serbiya ilə yoldaşlıq görüşü keçirəcək

Futzal üzrə Azərbaycan millisi yoldaşlıq görüşləri keçirəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Belə ki, komandamız apreldə 4 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Yığmamız ayın 8-də və 9-da Bakıda, 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışı olacaq.

Hazırlıq prosesi çərçivəsində futzalçılarımız aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Rəylər

You may also like...