Milli Şuranın üzvü Namizəd Səfərov Əli Kərimli və Cəmil Həsənlini “tapdaladı” – “Yeriyən ölülərdən” ibarət Azərbaycan Xalq Hərəkatının 30 noyabr tarixli mitinq müraciətinə qoşuldu – Biyabırçılıq!!!

Namizəd Səfərov AXCP-nin və Milli Şuranın klounlarının mitinq tamaşasını dondurduğunu görüb digər aktyorlara qoşuldu – Qırılmışın hamısı DƏLİ!!!

Dünən sosial şəbəkələrdə adı olub özü olmayan, yeriyən ölülərdən ibarət Xalq Hərəkatı təşkilatının 30 noyabr tarixində guya mitinq edəcəyi ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinə ünvanlanmış müraciət sənədi yayıldı. Sənəddə diqqət çəkən məqamlardan biri də müraciətə imza atan, mitinqin təşkilatçıları sırasında göstərilmiş Milli Şuranın Kkk….(ukla)…oordinasiya Mərkəzinin üzvü Namizəd Səfərovun adı oldu. O Namizəd Səfərov ki, özünü hüquqşünas və öz aləmlərində guya “ciddi” təşkilat olan M(D)illi Şuranın “ciddi” üzvlərindən biri kimi təqdim edir, reallıqda isə işi gücü yaşına başına baxmayaraq sosial şəbəkələrdə avaraçılıq etmək, ona buna yamaq vurmaqdan ibarətdir. AXH isə faktiki “1 qəpiklik inqilabçı” Qurban Məmmədov tərəfindən idarə olunur.

Məsələnin maraqlı tərəfi odur ki, naftalin iyi verənlərin illər keçsə də mahiyyətləri dəyişmir – adamlar guya müxalifətçidir, bilinmir rəsmiyyət nədir, kim hansı təşkilatdadır, kim kimin yanındadır, kimin əqidəsi nədir, kim kimə qulluq edir, kim hara, hansı təşkilata istəyir ora da girir-çıxır, girir-çıxır, sözün elə bütün mənalarında!!!

Qurban Əlini söyür, Əli Qurbanı söyür, Cəmil AXH-ni təhqir edir, Əli cəbhəçi trollarına Qurban Məmmədovu söydürür, Qurban AXCP-ni və Milli Şuranı söyür, bir sözlə aləm qarışıb bir-birinə, söyən söyənədir. Bu məqamda isə Namizəd Səfərov həm söyənlərin, həm söyülənlərin, həm də söydürənlərin yanındadır, adamın maskalarının sayı çoxdur, heç kimin qəlbin qırmır, hamının yanında dayanır. Bu da bunların əqidəsi.

Təsəvvür edin, Namizəd Səfərov bu gün Əli Kərimli və Dilli Şuranın digər üzvləri ilə bir masa arxasında əyləşir, sabah gedir onları ağına bozuna baxmadan söyən Qurban Məmmədovla bir sənədə qol çəkir, bir masada əyləşir, sonra qayıdır yenidən Kərimlinin və digərlərinin yanına, onlar da heç nə olmamış kimi bu vəziyyəti qəbul edirlər. Görünür, elə Əlisi də, Cəmili də Namizəd ağılda və əqidədədirlər. Yəqin Namizəd Səfərov da maskaları müvəqqəti olaraq Əli Kərimlidən və Cəmil Həsənlidən borca götürüb.

Atalar misalı var, deyir Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli. Bu qırılmışın arasında bir dənə tam demirəm, yarımağıllı tapsanız xahiş edirəm mənə də göstərin…

Rəylər

OXŞAR XƏBƏRLƏR