Messi imzaladı, Cordan qazandı – VİDEO

Artıq xəbər verdiyimiz kimi, Fransanın PSJ klubu Lionel Messinin transferini elan etdikdən sonra özünün rəsmi internet saytı üzərindən ulduz futbolçunun formalarının satışını həyata keçirib.

Futbolçunun formasına maraq gözləniləndən böyük olub. Belə ki, üzərində Messi yazılan 250 min ədəd forma cəmi bir saat ərzində satılaraq bitib.

“Haber Global”ın məlumatın görə, PSJ üçün forma tədarükü ilə məşğul olan şirkət məşhur basketbolçu Maykl Cordana məxsusdur. Klub Messinin forma satışından qısa müddət ərzində 120 milyon, Cordan isə 6 milyon avro qazanıb.

Qeyd edək ki, Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb. Ulduz futbolçu yeni komandasında 30 nömrəli formanı geyinəcək.

Rəylər

OXŞAR XƏBƏRLƏR