Mask peyklərini “çətir”lə qoruyacaq

Astronomik müşahidələri aparmağa mane olmamaqları üçün ABŞ-ın “SpaceX” şirkətinə məxsus “Starlink” peykləri yaxın aylarda “Günəş əleyhinə çətirlər”lə  müdafiə olunacaqlar.

Bu barədə şirkətin təsisçisi İlon Mask özünün “Twitter” səhifəsində yazıb.

“Biz peyklərin parlaqlığını azaltmaq üçün ciddi addımlar atırıq. Günəş batareyaları panelinin yerini dəyişdirməklə, onlar orbitdən yuxarı qalxdıqları zaman daha az görünməlidirlər. Həmçinin doqquzuncu buraxılışdan başlayaraq bütün peyklər “günəş əleyhinə çətir”lə təmin olunacaqlar”, – deyə Mask qeyd edib.

Bir müddət əvvəl bildirilmişdi ki, 2019-cu ildə “Starlink”lər kosmosa buraxıldıqdan sonra astronomlar peyklərin parlaqlığının ulduzları müşahidə etməyə mane olmasından şikayət etməyə başlayıblar.

Rəylər

OXŞAR XƏBƏRLƏR