Məşhur yazıçı İlon Maska öz işiylə məşğul olmağı tövsiyə etdi – FOTO

İstər personajları, istərsə də çəkilişlərinə görə qızğın müzakirə mövzusu olan “Üzüklərin hökmdarı: Qüdrət üzükləri” (“The Lord of the Rings: The Rings of Power”) serialı ətrafında söz-söhbət, görünür, daha bir neçə həftə davam edəcək.

Filmə hətta “Tesla” və “SpaceX”in qurucusu İlon Mask da tənqidi münasibət bildirərək, əsərin müəllifi C.R.R.Tolkinin “məzarında çevrildiyini” deyib.

Ancaq məşhur ingilis yazıçı, “Qum adam”ın (“The Sandman”) müəllifi Nil Geymanın biznesmenə cavabı gecikməyib. O, kino və ədəbiyyat üzrə mütəxəssis olmayan amerikalı milyarderin fantastik seriallar haqda dediklərini ciddi qəbul etmədiyini bildirib.

Geymanın sözlərinə görə, Mask “Twitter”i almaq üçün uğursuz cəhdində onunla məsləhətləşmədiyi kimi, yazıçı da filmləri, serialları, kitabları tənqid etmək üçün “Tesla” sahibinə müraciət etmir.

Xatırladaq ki, “Üzüklərin hökmdarı: Qüdrət üzükləri”nin premyerası sentyabrın 2-də baş tutub. Layihə “Amazon Prime Video”nun eksklüzividir.

Rəylər

OXŞAR XƏBƏRLƏR