Məşhur türk aktyordan Azərbaycanla bağlı təsirli paylaşım – FOTO

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycanla bağlı paylaşım edib.
Kanal.az xəbər verir ki, o, sosial media hesabında ölkəmizlə bağlı bu sözləri yazıb:
“Belə bir birlik nümunəsi ancaq bu torpaqlara məxsusdur. Bütün bir ölkə, buna Azərbaycan da daxil zəlzələ bölgəsindəkilər qədər acı çəkir, ürəkləri onlarla döyünür, yediklərindən, yataqlarından, isinməkdən utanırlar. Möhtəşəm bir birlik nümayəşidir bu. Ürəyinə sağlıq, mənim öz millətim”.