Məşhur fokusçu hazırlığına 10 il sərf etdiyi fəndi ilə hər kəsi heyrətləndirdi – VİDEO

Amerikalı illüzionist Devid Bleyn hazırlığına 10 ilini sərf etdiyi “Yüksəliş” adlı fəndini icra edib.

Belə ki, o, 52 helium şarını bir-birinə bağlayaraq 7620 metr hündürlükdə Arizona səhrasını keçib.

Bu barədə “İzvestiya” xəbər verib.

Fokusçunun sözlərinə görə, qızı dünyaya gəldikdən sonra o, bir daha təhlükəli fəndlər göstərməmə barədə qərara gəlib.

“Ancaq “Yüksəliş” qorxu deyil, gözəllik barədədir”, – deyə o bildirib.

Bleynin sözlərnə görə, bu yolla o, uşaqlıqda havaya şarlarla qalxmaq arzusunu yerinə yetirib.

Fənd 10 il ərzində kaskadyor və mütəxəssislərlə birlikdə hazırlanıb. İllüzyonist özü paraşütlə tullanaraq məşq edib. Bundan başqa o, hava şarını idarə etməyi və aşağı oksigen səviyyəsində nəfəs almağı öyrənib.

Təxminən bir saat davam edən uçuş zamanı Bleyn mütəmadi olaraq komandası və qızı ilə söhbət edib. (Oxu.az)

Rəylər

OXŞAR XƏBƏRLƏR