Məhkəmə 72 saat ərzində Saakaşvili barəsində qərar çıxaracaq

“Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşviliqanunvericiliyə uyğun olaraq hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb, məhkəmə 72 saat ərzində onun barəsində qərar çıxaracaq.

 

APA-nın məlumatına görə, bu barədə Ali Radanın deputatı, daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün “Tvitter” mikrobloqunda yazıb.

 

O həmçinin qeyd edib ki, M.Saakaşvili Kiyevdə, gizləndiyi mənzildə saxlanılıb. Hadisə zamanı zərərçəkən olmayıb.

 

Xatırladaq ki, dekabrın 5-də M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.

Rəylər

You may also like...