Los-Ancelesdə polis iti cinayətkarı belə zərərsizləşdirdi – VİDEO

Polis iti yük maşının sınmış pəncərəsindən içəri tullanaraq qanun pozucusunu tutmağa kömək edib. Hadisə Los-Ancelesdə qeydə alınıb.

Bu barədə xəbəri “Daily Mail” yayıb.

Bildirilir ki, arvadına xəsarət yetirməkdə və polislərin əmrinə tabe olmamaqda ittiham olunan 31 yaşlı Xulio Vaskesi saxlamaq üçün polislər uzun müddət təqibdə olublar. Nəhayət, bir neçə saatdan sonra hüquq-mühafizəçilər onun qarşısını kəsə biliblər.

Lakin şübhəli maşından düşməkdən imtina edib. Bu səbəbdən polis rezin güllə ilə atəş açıb. Qanun pozucusu yenə təslim olmadıqda, bu dəfə “Hersoq” ləqəbli it pəncərədən içəri cumub.

Hazırda o saxlanılıb və məhkəməyə çıxarılacağı tarixi gözləyir.

Rəylər

OXŞAR XƏBƏRLƏR