Kriptovalyuta bazarının dəyəri iki trilyon dollara çatıb

Son günlərdə qiymət artımı ilə əlaqədar dünyada mövcud kriptovalyutaların ümumi dəyəri iki trilyon dollara çatıb.

Bu barədə “Bloomberg” xəbər yayıb.

Bildirilib ki, ötən şənbə dəyəri 48.15 min dollaradək yüksələn “Bitcoin” avqustun 16-da 47 min dollar civarında qərarlaşıb.

Bununla yanaşı, “Ethereum”dan sonra dünyanın üçüncü kriptovalyutası sayılan “Cardano” da son bir neçə gün ərzində 47% bahalaşıb.

Ekspertlərin fikrincə, kriptovalyutaların bahalaşmasına onların bəzi ölkələrdə leqallaşdırılması haqqında yayılan xəbərlər səbəb olub.

Rəylər

OXŞAR XƏBƏRLƏR