Kosta-Rikada koronavirusdan ilk ölüm faktı qeydə alındı

Kosta-Rikada koronavirus səbəbi ilə ilk insan həyatını itirib.

“Latina Oros” xəbər verir ki, bunu ölkənin səhiyyə nazirliyi bəyan edib.

“Bir neçə dəqiqə əvvəl koronavirusa yoluxmuş xəstələrdən biri dünyasını dəyişib. Söhbət 87 yaşlı kişidən gedir”, – deyə məlumatda bildirilir.

Qeyd etmək lazımdır ki, Kosta-Rikada koronavirusa 69 nəfər yoluxub.

Rəylər

OXŞAR XƏBƏRLƏR