Kosmik işlərdə inqilabi yenilik – FOTO

Beynəlxalq Kosmik Stansiyada sınaqlar çərçivəsində 3D printerdə detal çap edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Roskosmos”un rəsmi “Telegram” kanalında məlumat verilib.

Bildirilir ki, kosmosda istifadə üçün xüsusi olaraq hazırlanan cihaz stansiyaya çatdırıldıqdan sonra 3D çap texnologiyası çəkisizlik şəraitində testdən keçirilib. Rusiyalı kosmonavt Sergey Prokopyev filamentin (ərimiş polimer ip) qat-qat qoyulması üsulundan istifadə edərək nümunə detalı çap edib.

Hesab olunur ki, bu üsul gələcəkdə kosmik gəmilər üçün lazım olan elementləri və konstruksiyaları kosmosda çap etməyə imkan verəcək.

“Məsələn, Ay ekspedisiyalarında kosmonavtlar artıq lazımi komponentlərin və konstruksiyaların Yerdən gəmilərə çatdırılmasından asılı olmayacaq, onları birbaşa kosmosda çap edə biləcəklər”, – deyə məlumatda vurğulanıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR