Koronaviruslu xəstələrə görə “Formula-1” avtodromunda hospital tikiləcək

Meksikanın paytaxtı Mexikoda “Formula-1” yarışlarında istifadə edilən avtodromun ərazisində COVID-19 xəstələri üçün müvəqqəti hospital inşa olunacaq.

“Regnum” agentliyinin xəbərinə görə, bu barədə Meksika Sosial Təminatlar İnstitutunun (IMSS) saytında məlumat verilib.

Hospital COVID-19-a yoluxanların müalicəsi üçün 218 çarpayı ilə təchiz ediləcək. 26 yer isə intensiv respirator terapiya məqsədli olacaq.

Qeyd edək ki, Meksika koronavirusdan ciddi zərər çəkən ölkələr sırasındadır. Burada 23 471 şəxsin pandemiyaya yoluxduğu aşkar edilib. 2 154 nəfər virusun qurbanı olub.

Rəylər

OXŞAR XƏBƏRLƏR