Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 3 401 190 nəfər koronavirusa yoluxub.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

Virusdan ölənlər 239 604, sağalanlar isə 1 081 639 nəfər təşkil edir.

Dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk üçlükdə ABŞ (1 131 452 nəfər), İspaniya (242 988 nəfər), İtaliya (207 428 nəfər), ölüm sayına görə isə ABŞ (65 776 nəfər), İtaliya (28 236 nəfər) və İspaniya (24 824 nəfər) yer alır.

Türkiyə koronavirusa yoluxma sayına görə yeddinci (122 392 nəfər), Rusiya səkkizinci (114 431 nəfər), İran doqquzuncu (95 646 nəfər) yerdədir.

Qonşu dövlətlər arasında ölüm halı ən çox İranda (6 091 nəfər) müşahidə edilib.

Koronavirusun ilk yayıldığı Çin isə ilk onluğa daxil deyil. Bu dövlətdə 82 875 yoluxma və 4 633 ölüm halı qeyd olunub.

Azərbaycanda koronavirusa yoluxanlar 1 854 nəfərdir. Virusdan 25 nəfər həyatını itirib, 1 365 nəfər isə sağalıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR