Koronavirusdan sağalanlarda rast gəlinən nadir hadisə

Koronavirusdan sağalan, virus əleyhinə dərmanlar qəbul edən şəxslərin dırnaqlarında ultrabənövşəyi şüalar altında parıltı ola bilər.

Bu barədə “RİA Novosti” həkim-infeksionist Yevgeniya Timakovanın açıqlamasına istinadən xəbər yayıb.

“Koronavirusa qarşı xüsusi antivirus pereparatlar qəbul edən xəstələrin dırnaqları parıldayır”, – deyə mütəxəssis bildirib.

Dırnaqların niyə parıldamasının səbəbləri məlum deyil.

Həkimin sözlərinə görə, bu nadir hadisədir və koronavirusa yoluxanların hamısında deyil, yalnız antivirus pereparatlar qəbul edənlərdə rast gəlinir.

Rəylər

OXŞAR XƏBƏRLƏR