Koronavirus dələduzlarının vurduğu ziyanın məbləği məlum oldu

Dünyada koronavirus dələduzları fəaliyyətlərinə ara vermirlər.

“CNN Türk” xəbər verir ki, bir çox mütəxəssislərin fikrincə, Böyük böhrandan sonra koronavirusdan çox dağıdıcı zərbə vuran bəşəri problem olmayıb.

Bu virusla əlaqədar yalnız dələduzluq hallarına görə bu günə kimi təxminən 23 milyon dolların itirildiyi bildirilib.

Təxminən 32 min insanın koronavirusla əlaqəli səbəblərdən dələduzluq hərəkətlərinin qurbanına çevrildiyi məlum olub.

Fırıldaqçıların ən çox istifadə etdiyi üsullardan biri tibbi maska sifarişidir. Bəzi istifadəçilər üz maskaları sifariş edərək pulunu əvvəlcədən ödəsələr də, məhsulu əldə edə bilmirlər.

Rəylər

OXŞAR XƏBƏRLƏR