Kanadalı kişiyə Çindən tükürpədən bağlama gəldi – FOTO

Kanadadan olan 42 yaşlı Brent Braaten Çindən həssas insanlarda ürək tutması yarada biləcək çox sirli və qəribə bir bağlama alıb.

Bu barədə “Lenta dna” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, kişi evinin astanasında qutu tapıb, içində baxdıqda isə “damarlarında qanı donub”.

“Qutudakı bütün qablaşdırma materiallarını ayıranda ördək balasının başını gördüm. Sözün əsl mənasında təəccübdən geri tullandım. Heç kim poçtuna ölü quşun gəlməsini gözləmir.Onu qutudan çıxartmaq üçün cəsarətlənəndə isə quşun daha iki başı olduğunu gördüm. Biri mənə üç başlı mutant ördək balası göndərib”, – deyə Brent bildirib.

Kanadalı qorxunc “hədiyyəni” kimin göndərdiyini təsəvvür belə etmədiyini vurğulayıb.

“Bağlama mənə ünvanlanmışdı. “Hədiyyəni” ya buna görə başımı sındırmağımı istəyən dostum, ya da lənətlənmiş bir əşyaya sahib olmağımı istəyən düşmənim göndərib”, – deyə o, əlavə edib.

Müqəvva ilə birlikdə qutuda gələn təlimat kağızı da olub. Orada yazılıb ki, quş 2-3 gün ərzində havalanmalı, lələkləri isə fenlə qurudulmalıdır.

Rəylər

OXŞAR XƏBƏRLƏR