İtin “Instagram” səhifəsi iki gündə 288 min abunəçi topladı – FOTO

Çilinin yeni prezidenti Qabriel Boriçin itinin “Instagram” səhifəsinə iki gündə 288 min insan abunə olub.

“Brauni” ləqəbli itin hesabında indiyədək yeddi paylaşım dərc edilib.

“Seçkilər vasitəsilə mənə həvalə edilmiş “birinci it” vəzifəsi ilə bağlı çağırışa hazıram. Mən Çilidə təkcə itlərin deyil, bütün ev heyvanlarının layiq olduğu hüquqlar və rəftarlar uğrunda mübarizə aparmağa söz verirəm. Hav!” – deyə birinci paylaşımda deyilir.

“Brouni”nin səhifəsindəki sonuncu paylaşım Argentina prezidenti Alberto Fernandesin iti “Dilan” ilə videobağlantı üzrə danışıqlara həsr olunub.

“Mən Argentina Respublikasının “birinci iti” Dilan Fernandes ilə əlaqə saxladım. Ümid edirik ki, heyvanlara məsuliyyətli sahiblik və insanların bizimlə birgə yaşaması kimi mühüm məsələlərdə irəliləyiş əldə edəcəyik”, – deyə paylaşımda deyilir.

Çili prezidentinin itinin 57 min izləyicisi olan “Twitter” hesabı da var.

Qeyd edək ki, dekabrın 19-da 35 yaşlı Qabriel Boric 56% səslə Çilinin prezidenti seçilib. O, 2022-ci ilin martında vəzifəsinin icrasına başlayacaq və Çili tarixində ölkənin ən gənc lideri olacaq.

Rəylər

OXŞAR XƏBƏRLƏR