İtaliyanın məşhur şəhərinə giriş biletlə olacaq – FOTO

İtaliyanın məşhur Venesiya şəhərinin hakimiyyəti bir günlük gələn səyahətçilərdən rüsum almağı planlaşdırır.

Hazırlanmış, lakin hələ təsdiqlənməmiş qaydalara əsasən, turistlər yalnız beş avroya (təxminən 9,6 manat) onlayn bilet bron etdikdən sonra Venesiyaya buraxılacaqlar. Keçidlərin satışının dəqiq başlama tarixi hələ açıqlanmayıb, lakin şəhərdə ənənəvi karnavalın keçiriləcəyi fevral ayına planlaşdırılıb.

Bildirilir ki, bələdiyyə layihəni həyata keçirməyə hazırdır: tarixi mərkəzin girişlərində nəzarət-buraxılış məntəqələri yaradılıb, perimetr ətrafında 500 videomüşahidə kamerası quraşdırılıb ki, vaxtında şəhəri tərk etməyənlər izlənəcək.

Şəhər merinin müavini Simone Venturini hər gün təxminən 100.000 səyahətçinin Venesiyaya səfər etdiyini qeyd edərək, məqsədin şəhər üçün yorucu və stresli olan bir günlük turizmi dayandırmaq, bunun əvəzinə isə daha mənalı turizmi təşviq etməkdir.

Mənbə: atorus.ru

Rəylər

OXŞAR XƏBƏRLƏR