İtaliyada “AstraZeneca” peyvəndi vurulduqdan sonra səkkiz nəfər ölüb

İtaliyada Britaniyanın “AstraZeneca” əczaçılıq şirkətinin koronavirusa qarşı peyvəndi vurulduqdan sonra səkkiz nəfər ölüb.

Bu barədə “la Rebubblica” qəzeti İtaliyanın Dərman Preparatları Agentliyinin baş direktoru Nikola Maqriniyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, preparatla vaksinasiyadan sonra daha dörd ağırlaşma halı qeydə alınıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Bununla belə, N.Maqrini bildirib ki, vətəndaşlar “AstraZeneca” peyvəndindən ehtiyat etməməli, sadəcə özlərində simptomlar müşahidə etdikdə dərhal həkimə müraciət etməlidilər.

Rəylər

OXŞAR XƏBƏRLƏR