İsrail prezidenti baş nazir vəzifəsinə namizədin adını açıqlayacaq

İsrailin prezidenti Reuven Rivlin ölkənin baş naziri postuna növbəti namizədin müəyyənləşdirilməsi üçün 23 martdakı parlament seçkiləri nəticəsində Knessetə keçən 13 siyasi partiyanın nümayəndələri ilə müzakirələr aparıb.

“Report” xəbər verir ki, bu barədə İsraili prezidentinin dəftərxanası bildirib.

Prezident hökumətin qurulmasını həvalə edəcəyi namizədlə bağlı qərarını 6 apreldə elan edəcək.

Prezidentin irəli sürdüyü namizədə yeni hökuməti qurmaq üçün qanuna uyğun olaraq 28 gün vaxt veriləcək. Əlavə vaxt tələb olunarsa, Prezidentin bu müddəti daha 14 gün uzatmaq hüququ var.

Bir sıra məsləhətləşmələrdən sonra 52 Knesset üzvü “Likud” partiyasının sədri Binyamin Netanyahunun, 45 Knesset üzvü “Eş atid” partiyasından Yair Lapidin və yeddi Knesset üzvü “Yamin” partiyasının sədri Naftali Bennetin namizədliyini irəli sürüblər. Üç partiya heç bir vahid namizədi dəstəkləməyib.

Rəylər

OXŞAR XƏBƏRLƏR