İlon Maskın sərvəti bir gündə fantastik məbləğdə artdı

Amerikalı sahibkar, “Tesla” və “SpaceX”ın qurucusu İlon Mask 304,2 milyard dollara qədər varlanıb.

Onun sərvəti bir gündə 32,6 milyard dollar artıb.

Buna səbəb, şirkətin 2021-ci ildə 936 mindən çox avtomobil tədarük etdiyi barədə açıqlamadan sonra “Tesla” səhmlərinin kəskin artması olub. Qeyd edilir ki, çatdırılmaların sayı analitiklərin proqnozlarından çox olub. Bunun fonunda bazar ertəsi səhmlərin qiyməti 13,53 faiz bahalaşıb.

Mask hazırda dünyanın ən varlı adamları siyahısında birinci yerdədir, Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernard Arnonu təxminən 103,6 milyard dollar qabaqlayır. Reytinqin üçüncü pilləsində isə “Amazon” şirkətinin rəhbəri Ceff Bezos qərarlaşıb.

2021-ci ilin oktyabr ayının sonunda Mask tarixin ən zəngin adamı oldu və onun sərvəti 270 milyard dollara yüksəldi. Onda “Tesla”nın kapitallaşması bir trilyon dolları keçdi.

Mənbə: Forbes

Rəylər

OXŞAR XƏBƏRLƏR