İlon Maska bəd xəbər: Oğluna rəqəmlərlə ad qoya bilməyəcək – FOTO

“Tesla” və “Space X” şirkətlərinin 48 yaşlı təsisçisi İlon Mask mayın 4-ü doğulan uşağına “X Æ A-12” adını verə bilməyəcək.

Səbəb Kaliforniyada qüvvədə olan qanunların buna imkan verməməsidir.

Belə ki, adın rəsmi qeydiyyatında rəqəm və simvollardan istifadə etmək qanuna ziddir.

Qeyd edək ki, məşhur müğənni Grimes ilə ailə həyatı quran milyonçu İlon Mask altıncı dəfə ata olub.

Uşağın anası qeyd edib ki, övladı cinsini gələcəkdə özü seçəcək. O zamanadək valideynləri uşağa “onlar” deyə müraciət edəcək.

Maskın ilk həyat yoldaşından əkiz və üçəm oğulları var.

Rəylər

OXŞAR XƏBƏRLƏR