İlon Mask raket yanacağı yaratmaq üçün karbon qazını emal etməyə başlayacaq – FOTO

“Tesla” şirkətinin rəhbəri, “SpaceX”in yaradıcısı və baş direktoru İlon Mask raket yanacağının yaradılması üçün atmosferdən karbon qazının (CO2) çıxarılması proqramının işə salınması barədə xəbər verib.

Bu barədə o, “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, bu işlə “SpaceX” məşğul olacaq. Mask qeyd edib ki, belə bir proqramın həyata keçirilməsi atmosferi əsasən karbon qazından ibarət olan Marsa uçuşlar üçün faydalı ola bilər.

Bundan əvvəl “Time” jurnalı Maskı “İlin adamı” elan etmişdi.

Rəylər

OXŞAR XƏBƏRLƏR