İlon Mask Baydenin oğlu ilə bağlı qalmaqallı sənədləri dərc etdi – FOTO

“Twitter”in sahibi, amerikalı sahibkar və milyarder İlon Mask və jurnalist Mett Taibbi “Twitter”də ABŞ Prezidenti Co Baydenin oğlu Hanterin notbuku ilə bağlı baş verən insidenti ifşa edən bir sıra yazılar dərc edib, həmçinin “Twitter” funksiyalarından siyasi maraqlar üçün istifadə faktlarını açıqlayıblar.

Söhbət ondan gedir ki, notbukda Ukraynanın “Burisma” şirkətinin rəhbəri Vadim Pojarski ilə Hanterin hələ təşkilatın direktorlar şurasının üzvü olduğu vaxta dair yazışmalar tapılıb. Məktubların birində Pojarski Hanter Baydendən şirkətə kömək etmək üçün öz nüfuzundan necə istifadə edə biləcəyi barədə düşünməsini istəyib.

Taibbi “Twitter”in hadisəni gizlətmək üçün həddindən artıq tədbirlər gördüyünü, linkləri sildiyini və məlumatın təhlükəli olduğu barədə istifadəçilərə xəbərdarlıq yolladığını qeyd edib.

“Onlar hətta birbaşa mesajlaşmanı da blokladılar, halbuki belə bir vasitə uşaq pornoqrafiyası kimi müstəsna hallar üçün nəzərdə tutulub”, – deyə Taibbi bildirib.

Jurnalist həmçinin qeyd edib ki, sosial şəbəkənin rəhbərliyi respublikaçılarla deyil, demokratlarla daha sıx əlaqə saxlayıb.

Qeyd edək ki, bir müddət əvvəl “Twitter”in sahibi İlon Mask ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin notbuku ilə bağlı sosial şəbəkədəki qalmaqallarla əlaqədar sənədləri dərc edəcəyinə söz vermişdi. Milyarderin sözlərinə görə, bəzi faktlar hələ də yoxlanılmalıdır və yaxın vaxtlarda materialların dərcinə başlanılacaq.

Xatırladaq ki, ötən il 2019-cu ilə aid bir video yayımlanıb. Kadrlarda Hanter Bayden qiymətli məlumatlarla dolu notbukunun rusiyalı narkotik satıcılarının oğurladığını bildirir. Videoda ABŞ liderinin oğlu eskortla görüntülənib. O, notbukun 2018-ci ildə Las-Veqasda oğurlandığını demişdi.

Mənbə: Gazeta.ru

Rəylər

OXŞAR XƏBƏRLƏR