İki nəhəng gəmi belə toqquşdu – VİDEO

Meksikada Kosumel adası yaxınlığında “Carnival Cruise” şirkətinə məxsus iki kruiz gəmisi bir-birinə çırpılıb.

CNN-in məlumatına görə, bu barədə kadrlar “Twitter”də dərc olunub.

Videoda gəmilərin toqquşma anı görünür.

Hadisə nəticəsində bir nəfər yaralanıb.

Şahidlər bildiriblər ki, çarpışma göyərtəyə dəyən nəhəng dalğanı xatırladıb. Bununla belə, gəminin səfərə davam edəcəyi düşünülür.

Hazırda zərərin miqdarı hesablanır.

Rəylər

OXŞAR XƏBƏRLƏR