Hikmət Hacıyev: “Sülh müqaviləsinin bağlanmasında iddialıyıq”

“Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsi dövründə problemin həlli üçün bir iş görə bilmədi”.

Oxu.Az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunun panel müzakirələrində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına çalışır.

“Bu dəhliz yeni imkanlar açacaq”, – deyə o əlavə edib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb, bunu danışıqlar masasına daşıyıb.

“Biz Ermənistanla sülh müqaviləsinin bağlanmasında çox iddialıyıq”, – deyə Hikmət Hacıyev bildirib.

Rəylər

OXŞAR XƏBƏRLƏR