Havada koronavirusu aşkarlayan qurğu yaradıldı

Beynəlxalq elm adamları tərəfindən yaradılan sensorlu qurğu havanın keyfiyyətini analiz edərək koronavirusları otaqlarda, evlərdə, nəqliyyatda, dövlət müəssisələrində aşkar etməyə imkan verəcək.

“Report”un məlumatına görə, bu barədə Valensiya “RUVID” Universitetləri Birliyi xəbər yayıb.

Müəlliflər iddia edirlər ki, bu qurğu “PCR” testi olmadan COVID-19-u aşkar etməyə imkan verəcək.

O da bildirilir ki, sensor-aparat sürətli, dəqiq analiz aparmaqla yanaşı, əhəmiyyətli dərəcədə ucuzdur və istifadəsi asandır.

Rəylər

OXŞAR XƏBƏRLƏR