Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib

Yanvarın 13-ü günün ikinci yarısından yanvarın 15-i səhər saatlarına qədər Xəzər dəniz akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.

ASCO-dan verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün.

Qeyd olunur ki, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin edilməlidir.

Rəylər

OXŞAR XƏBƏRLƏR