Hakerlər “Apple” cihazlarının gizli sənədlərini oğurlayıblar

“REvil” haker dəstəsi yeni “Apple” cihazlarının gizli çertyojlarını oğurladıqlarını bəyan edib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Kommersiya sirri olan məlumatlar şirkətin əsas tədarükçüsü olan “Quanta Computer”in serverlərinə hücum nəticəsində ələ keçirilib. Burada ABŞ nəhənginin hələ anosunu etmədiyi texniki yeniliklərlə bağlı maraqlı informasiyaların olduğu bildirilib.

Hakerlər ələ keçirdikləri sənədlərin onların mənbəyindəcə şifrələyib və şifrənin açarı müqabilində 50 milyon dollar tələb ediblər.

“Apple” hadisəni şərh etməyib. “Quanta Computer”dən isə məsələ ilə bağlı intensiv işin aparıldığı bildirilib.

Rəylər

OXŞAR XƏBƏRLƏR