Həbib Nurməhəmmədov son görüşündən 10 milyon qazana bilər

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun Toni Ferqusyonla döyüşdən 10 milyon dollar pul qazanacağı haqqında xəbərlər tirajlanır.

“Championat” xəbər verir ki, UFC-nin keçmiş çempionu Maykl Bispinq “Pay-per-view”da (ödənişli TV xidmət) yüksək qiymətlərin olduğunu bildirib.

Tanınmış “Instagram” reklam və idman kontorlarından əlavə görüşün canlı yayımlanacağını nəzərə alaraq, Həbib Nurməhəmmədovun 10 milyon qonorar qazanacağını proqnozlaşdırır.

Rəqibi Toni Ferqusyon isə göstərilən məbləğdən altı dəfə daha az pul götürəcək.

Rəylər

OXŞAR XƏBƏRLƏR