Güclü külək bəzi əraziləri işıqsız qoyub – RƏSMİ

Ötən gündən əsən güclü külək bir sıra ərazilərdə elektrik enerjisi verilişində qısamüddətli fasilələrin yaranmasına səbəb olub.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkənin hər yerində elektrik enerjisinin verilişi tam bərpa olunub:

“Ötən gecə güclü külək Suraxanı rayonu Hövsan qəsəbəsinin, Abşeron rayonu Saray qəsəbəsinin bir hissəsində və bır sıra dağlıq və dağətəyi yerlərdə elektrik enerjisinin verilişində fasilə yaradıb”.

T.Mustafayev qeyd edib ki, ASC-nin əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

“Baş verən qəzalar operativ aradan qaldırılıb”.

Rəylər

OXŞAR XƏBƏRLƏR