Goranboyda yerli sakinlər arasında insident – Dava iştirakçılarından biri və polis əməkdaşı yaralandı.

PostBaku-nun “Gununnebzi.info” saytına istinadən verdiyi məlumata görə Goranboy rayonunda silahlı insident qeydə alınıb. Yerli sakinlərin dediyinə əsasən gecə saatlarında Goran qəsəbəsində 6-7 nəfər arasında dava baş verib.

Hadisə şahidlərinin sözlərinə görə insident baş verən əraziyə gələrək iştirakçıları intizama dəvət edən polis əməkdaşlarına gözlənilmədən tərəflərdən birinin üzvləri tərəfindən müqavimət göstərilmiş, onlara fiziki xəsarət yetirilmişdir. Bu səbəbdən havaya xəbərdarlıq atəşi açmaq istəyərkən dava iştirakçılarından Pərviz Əmrahov adlı şəxs polis əməkdaşının tabel silahını almağa cəhd etmiş, nəticədə açılmış atəş zamanı özü və Vüsal Kərimov adlı polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, insidentin bütün iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Rəylər

OXŞAR XƏBƏRLƏR