Gənclər cəbhəyə sevinclə yollanır: “Sanki döyüşə yox, toya gedirik”

Azərbaycanda qismən səfərbərlik elan edilməsi ilə əlaqədar olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir.

“Report”un çəkiliş qrupu Dövlət Xidmətinin Binəqədi rayon idarəsində olub, döyüşə yola düşənlərin və onların yaxınlarının təəssüratlarını öyrənib.

Cəbhə bölgəsinə göndərilən gənclər yüksək döyüş ruhunda olduqlarını, qələbə əzmi ilə yola düşdüklərini, onların valideynləri isə övladlarının hərbi xidmətə getməsindən qürur hissi duyduqlarını bildiriblər.

Onlardan biri “Sanki döyüşə yox, toya gedirik” deyib.

Rəylər

OXŞAR XƏBƏRLƏR