Fransada “Eleonor” qasırğası qurbanlarının sayı artıb

Fransada “Eleonor” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “24heures” saytı xəbər verib. Bundan əvvəl 5 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı  bildirilirdi.

 

Məlumata əsasən, 80 yaşlı kişinin meyiti Sona və Luara departamentində çayda aşkarlanıb.

 

Qasırğanın vurduğu maddi zərər 200 milyon avro təşkil edir.

Rəylər

You may also like...