Fırıldaqçılar koronavirusdan sağalan insanların qanını bu üsulla satışa çıxardılar

Qanunsuz prosedurların aparıldığı və hakerlər tərəfindən tez-tez istifadə edilən “qaranlıq səhifə”də (dark web) koronavirusdan sağalan xəstələrin qanı müalicə üçün satılır.

NTV-nin xəbərlərinə görə, alimlər koronavirusdan sağalan xəstələrin qanından alınan antikorlarla hazırlanacaq dərmanın üzərində işləyirlər. Bu fürsətdən istifadə edən kiber cinayətkarlar hərəkətə keçiblər.

Onlar koronavirusdan sağalan xəstələrinin qanını “qaranlıq səhifədə” bir peyvənd kimi satırlar.

Avstraliya Milli Universitetinin tədqiqatçıları kibercinayətkarların koronavirus böhranını fürsətə çevirsini özündə əks etdirən hesabat yayımlayıblar.

Hesabatda onlayn cinayətkarlar tərəfindən qanunsuz olaraq satılan məhsullar arasında qan, həmçinin, böyük miqdarda fərdi qoruyucu vasitələr və mümkün müalicə üsullarında istifadə olunan dərmanlar da olduğu qeyd edilir.

Rəylər

OXŞAR XƏBƏRLƏR