“Facebook”da Xocalıya aid örtük və profil şəklini dəyişmək imkanı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən “Xocalıya Ədalət” kampaniyasına dəstək məqsədi ilə Gənclər və İdman Nazirliyi “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi ilə birgə faciənin 28-ci ildönümünə həsr olunmuş onlayn fəaliyyətlər təşkil edir.

Oxu.Az xəbər verir ki, fəaliyyətlər çərçivəsində Azərbaycan reallıqları, soyqırımı faktının dünya ictimaiyyətinə gəncliyimiz adından çatdırılması üçün bir sıra məlumatların yayılması məqsədilə rəqəmsal və kommunikasiya alətləri yaradılıb və onlayn resursda təlimat formasında yerləşdirilib.

Hər bir gənc bu resursa daxil olaraq, öz dəstəyini ifadə etmək üçün “Facebook” sosial şəbəkəsində örtük şəklini dəyişə və profil şəklinə çərçivəni əlavə edə, poster və infoqrafik məlumatları paylaşa, #JusticeForKhojaly, #Karabakh #AllforKarabakh həştəqlərindən istifadə edərək “tvit”lər, “post”lar yaza, elektron poçt ünvanının imza yerinə “Xocalı” sözünü yerləşdirə bilər.

Qeyd edək ki, “tvit”lər Azərbaycan, ingilis, rus, ərəb və italyan dillərində hazırlanıb. Kommunikasiya və təbliğat alətlər tarixi “Xocalıya Ədalət” kampaniyasının rəsmi veb səhifəsinə – www.justiceforkhojaly.org-a istinadən yaradılıb.

Təlimat və məlumatları bu linkdən əldə etmək mümkündür: https://www.facebook.com/notes/azərbaycan-respublikasnın-gənclər-və-idman-nazirliyi-gənclərə-iş-şöbəsi/xocalaya-ədalət-kampaniyasına-dəstək/609428146173408/

Rəylər

OXŞAR XƏBƏRLƏR