“Facebook”a rəqib sosial şəbəkə fəaliyyətə başladı

“Facebook”a rəqib olacaq sosial şəbəkə platforması yaradılıb.
Qaynarinfo xəbər verir ki, şəbəkənin yaradıcı “Wikpedia”nın qurucusu Cimmi Velsdir. “Wt:social” adlı sosial şəbəkə “İstifadəçilər məlumatlarını satmayacağıq” sloqanı ilə təqdim olunub.
“Wt:social” şəbəkəsinə üzv olmaq istəyənlər aylıq və ya illik üzvlük haqqı ödəyəcək. Bu məbləğ Avropada aylıq 12, illik 90 avro olacaq. ABŞ-da isə üzvlər aylıq 13 avro, illik 100 avro ödəyəcək.
Rəylər

OXŞAR XƏBƏRLƏR