“Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb

Bütün dünya üzrə “Facebook” sosial şəbəkəsinin işində problemlər yaranıb.

Bu barədə sosial şəbəkələri araşdıran “Downdetector” saytı bildirib.

Sosial şəbəkədəki nasazlıq ilə bağlı daha çox ABŞ, Böyük Britaniya, Niderland, Peru, Rumıniya və İsrail  sakinləri şikayət ediblər.

Qeyd edilir ki, istifadəçılərin 73 %-də xəbər lenti yenilənməyib, 14 %-də  əlaqə tamamilə  itib, 11 %-i isə tətbiqə daxil ola bilməyib.

Eyni zamanda nasazlıqlardan “Instagram” istifadəçiləri də narazılıq ediblər. Bu şəbəkədəki problemlərdən daha çox ABŞ, Böyük Britaniya, Macarıstan, Yunanıstan və Türkiyə sakinləri şikayət ediblər.

“Instagram” istifadəçilərinin 67%-i yenilənmələri yükləyə bilmir, 21%-i “story”də paylaşım edərkən çətinliklərlə üzləşib, 11 %-i isə ümumi nasazlıqlardan şikayətlənib.

Rəylər

OXŞAR XƏBƏRLƏR