Facebook bloklanmış istifadəçi hesabları üçün nəzərdə tutulmuş texniki dəstək çatını test edir

Facebook və Instagram məşhur şəxslərin öz platformalarına cəlb olunması məsələsində rəqibləri ilə daimi mübarizə aparır. Belə ki, məşhur şəxslərin kontentləri təkcə onların özlərinə deyil həmçinin sözügedən platformalara da gəlir gətirir. Lakin Meta şirkətinin strukturuna daxil olan platformaların əsas zəif nöqtələrindən biri də texniki dəstək xidmətidir. Əsasən də istifadəçi hesabı bloklanmış istifadəçilər bu zəif nöqtədən əziyyət çəkirlər. Bu problemi aradan qaldırmaq üçün şirkət ingilis dilli istifadəçilər üçün texniki dəstək çatının testinə start verib.

    Söhbət, o istifadəçilərdən gedir hansılar üçün ki, sosial şəbəkə fərdi menecer təyin etməyib. Beləliklə orta məşhurluq səviyyəsinə sahib şəxslər ödənişlər və ya Instagram Reels-i əhatə edən yeni funksiyalar barəsində suallarına bu çat vasitəsilə cavab tapa biləcəklər. Qeyd etmək lazımdır ki, texniki dəstək çatından adi istifadəçilər də istifadə edə biləcəklər. Bu funksiya əsasən hesabı bloklanmış istifadəçilər üçün çox faydalı olacaq.

Məlumata əsasən bu cür problem yaranan zaman müəyyən istifadəçilər kölgədə qalan mütəxəssislərə müraciət edirlər. Həmin mütəxəssislərinin isə Meta şirkətinin texniki dəstək əməkdaşlarına birbaşa çıxışları olur. Nəticədə müəyyən məbləğdə ödənişin qarşılığında bu cür mütəxəssislər istifadəçilərə yardımçı ola bilirlər. Meta şirkətinin sözlərinə əsasən test olunan texniki dəstək çatı bloklanma səbəbilə öz istifadəçi hesablarından istifadə edə bilməyən istifadəçilərə real köməyin təqdim edilməsi şəraitini yaradacaq.

Rəylər

OXŞAR XƏBƏRLƏR