Ermənistanın törətdiyi əməllər üzrə ibtidai istintaqı aparılan cinayət işlərinin sayı AÇIQLANDI – RƏSMİ

Baş prokurorun keçirdiyi əməliyyat müşavirəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq tədbirlərinin davam etdirildiyi vurğulanıb, toplanmış sübutlarla təqsiri müəyyən edilmiş şəxslərin beynəlxalq və ölkədaxili mexanizmlərdən istifadə olunmaqla məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlərin icrasının davam etdirildiyi diqqətə çatdırılıb.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirədə, həmçinin, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə 68 cinayət işi üzrə ibtidai istintaqın aparıldığı, həmin işlər üzrə 8 şəhər, 10 qəsəbə və 519 kəndə baxış keçirildiyi bildirilib.

Rəylər

OXŞAR XƏBƏRLƏR