Ermənilərin qarşısında bayrağımızı dalğalandıran ixtiraçılarımız – VİDEO

18 yaşlı gənclər heç bir əlavə kömək olmadan, öz bacarıqları sayəsində texnoloji ixtiralar edir.

Gənc ixtiraçı Rüfət Şıxıyev deyir ki, robotlarla maraqlansa da, bununla bağlı kurs olmadığından özü “Platon Tech” adlı klub qurmaq qərarına gəlib. Bundan sonra bir sıra müsabiqələrə qatılan komanda beyin gücünə başa gələn əl qabiliyyətlərini nümayiş etdirməyə davam edib.

“Texnofest”də bir neçə layihə ilə iştirak etdik. “SMART Qarabağ” hakatonunda finala çıxdım. Qardaşımgil 7 layihə ilə qeydiyyatdan keçmişdi, 5-i finala çıxdı”, – deyə R.Şıxıyev qeyd edib.

Texniki Universitetin tələbələri Rüfət Şıxıyev, Qabil Hüseynli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fərid Şıxıyev 56 ölkədən 2 mindən çox iştirakçının təmsil olunduğu Dünya Robot Olimpiadasında bürünc medal qazanaraq yerli robotların inkişaf edib, tanınmasına təkan verib.

Ətraflı Baku TV-nin süjetində:

Rəylər

OXŞAR XƏBƏRLƏR