Elon Musk: ‘Marsın kolonizasiyasından öncə bizə Ayda böyük yaşayış bazası lazımdır’

SpaceX-in yaradıcısı Elon Musk öz arzusuna sadiqdir. Söhbət, Mars planetində yaşayış şəhərciyinin yaradılmasından gedir. İnsanlara bu məsələdə isə SpaceX-in Starship kosmik gəmiləri yardımçı olacaqlar. Sözügedən kosmik gəmilərin yaradılmasının maliyyələşdirilməsində NASA agentliyi iştirak edəcək. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə NASA agentliyi astronavtları Aya çatdırmaq məsələsini məhz SpaceX-ə həvalə etmişdi. “Biz, bir planetdə qalan növ olmaq istəmirik. Biz, planetlərarası növ olmaq istəyirik” – deyə Elon Musk bildirib. Bir neçə gün bundan öncə SpaceX şirkəti özünün Crew Dragon kosmik aparatı vasitəsilə astronavtları növbəti dəfə BKS-ə (Beynəlxalq Kosmik Stansiya) göndərmişdi.

“İnsanların Aya ayaq basmalarından demək olar yarım əsr vaxt keçib. Bu, çox böyük müddətdir. Biz ora geri qayıtmalı və daimi baza inşa etməliyik. Söhbət, Ayda böyük yaşayış bazasından gedir. Daha sonra kosmik sivilizasiya və planetlərarası növ olmaq üçün biz Marsda şəhər inşa etməliyik” – deyə Musk əlavə edib.

Təsəvvür olunan bu gələcəyin yaxınlaşması üçün SpaceX şirkəti 2024-cü ildə astronavtların Aya göndərilməsi məsələsində NASA agentliyinə öz yardımını təklif edib. Elon Musk bildirib ki, bunu reallaşdırmaq mümkündür. O həmçinin qeyd edib ki, onlar daha tez müddət üçün hazırlıqlar görəcəklər. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti Human Landing Systems proqramı çərçivəsində astronavtların Aya eniş etmələrindən cavabdeh olacaq. Bunun üçün şirkət mühəndisləri eniş modulunun inşası ilə məşğul olacaqlar. Onun sayəsində astronavtlar Ay səthinə eniş edəcəklər və daha sonra Ay orbitində yerləşəcək Orion adlı kosmik gəmiyə geri qayıdacaqlar. Musk-ın sözlərinə əsasən tam təchizatlı Starship kosmik gəmisinin inşası 5 milyard dollara başa gəlir. Buna görə də NASA ilə bağlanmış müqavilə SpaceX-in planlarının reallaşdırılmasında yardımçı olacaq.

Rəylər

OXŞAR XƏBƏRLƏR