Elon Musk daha bahalı Twitter Blue abunəliyini istifadəyə verməyi planlaşdırır

Elon Musk bir neçə gün bundan öncə onu narahat edən məsələlər barəsində fikrini bildirib. O, qeyd edib ki, reklamlar Twitter-də daha çox yer tuturlar və istifadəçilərə tez-tez sərgilənirlər. Bununla yanaşı Musk bildirib ki, Twitter öz istifadəçilərinə reklamların olmayacağı daha bahalı abunəliyi təqdim etməyi planlaşdırır. Məlumdur ki, keçən ilin sonunda Twitter Blue abunəliyi yenidən istifadəyə verilən zaman Musk qeyd etmişdi ki, abunəliyin yeni versiyasında istifadəçilər 2 dəfə daha az reklam görəcəklər. İndi isə məlum olub ki, sosial şəbəkə öz istifadəçiləri üçün daha bahalı tarif planına sahib yeni abunəlik üzərində çalışır və o, istifadəçiləri reklamlardan tamamilə azad edəcək. Musk təsdiqəyib ki, bu istiqamətdə işlər artıq gedir.

Qeyd etmək lazımdır ki, keçən il Twitter-in gəlirlərinin 90%-ni məhz reklam verənlər tərəfindən ödənilmiş pul vəsaitləri təşkil etmişdi. Musk isə tədricən abunəçilərin vəsaitlərini şirkətin əsas gəlir mənbəyinə çevirmək niyyətindədir. Lakin Musk tərəfindən qəbul edilən dəyişikliklər hələ ki, şirkətin ciddi vəsait itkilərinə səbəb olur. Bəzi məlumatlara əsasən Musk-ın şirkətin CEO vəzifəsində çalışmağa başladığı vaxtdan Twitter-in işçi sayı 80% azaldılıb. Sosial şəbəkə daxilində reklam elanlarının yerləşdirilməsindən isə 500-ə yaxın şirkət və təşkilat imtina edib. Twitter Blue yenidən istifadəyə verilən zaman onun aylıq haqqı 8$ idi. Lakin iOS istifadəçiləri 11$ ödəməli idilər.

Belə ki, iOS istifadəçilərindən əldə edilən əlavə vəsait Apple şirkətinin komissiyasını təşkil edir. Söhbət, Twitter Blue-nu sosial şəbəkənin tətbiqi daxilində əldə etmək istəyən iOS istifadəçilərindən gedir. Twitter-in rəsmi saytından Twitter Blue abunəliyini əldə etmək istəyən iOS istifadəçiləri əvvəlki kimi 8$ ödəməlidirlər. Bir neçə müddət bundan öncə isə məlum oldu ki, Android istifadəçiləri də sosial şəbəkənin daxilində Twitter Blue-nu əldə etmək istəyən zaman 11$ ödəməli olacaqlar. Səbəb isə Google şirkətinə ödənilən komissiyadır. Nəticədə Twitter Blue-nu 8$-a əldə etmək istəyən Android istifadəçiləri iOS istifadəçilər kimi bunu sosial şəbəkənin rəsmi saytında reallaşdıra bilərlər.

Rəylər

OXŞAR XƏBƏRLƏR