Ebeko vulkanı 3,5 kilometr yüksəkliyə kül püskürdü

Vulkanoloqlar Böyük Kuril silsiləsində (Saxalin vilayəti) Paramuşir adasındakı Ebeko vulkanında hündürlüyü 3,5 km olan kül dumanı qeydə alıblar.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidməti xəbər yayıb.

Məlumata görə, şleyf cənuba doğru 5 km-ə qədər məsafəyə yayılıb.

Mənbə: TASS

Rəylər

You may also like...