Duyğu dolu anlar: Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı – VİDEO

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələdə dağıntılar altında qalan 61 yaşlı Salman Aydemir təbii fəlakətdən 47 saat sonra xilas edilib. Onun axtarış-xilasetmə işlərinə oğlu Osman da öz ekskavatoru ilə qatılmışdı.

Məlumata görə, Osman səkkizmərtəbəli binanın dağıntıları altında səs eşidib və bunu xilasedicilərə çatdırıb.

Aparılan əməliyyat zamanı ata Salman Aydemir sağ-salamat dağıntılar altından çıxarılıb.

Rəylər

You may also like...