Dünyanın ən böyük sapfirinə müştəri tapılmadı

2021-ci ilin yayında Şri-Lankada tapılan, çəkisi 500 kq olan ən böyük sapfiri satmaq mümkün olmayıb.

Qiymətli daş bir sıra xarici ölkələrə aparıldıqdan sonra yenidən Kolomboya qaytarılıb.

Məlumata görə, nə İsveçrə, nə də Birləşmiş Ərəb Əmirliklərində mavi sapfirlərdən ibarət qaya parçasına uyğun alıcı tapılmayıb.

“Dubaydakı bir şirkət bizə sapfirlərə görə 100 milyon dollar təklif etdi. Amma biz daşı Şri-Lankaya qaytarmaq və növbəti hərracı gözləmək qərarına gəldik ki, onu daha yüksək qiymətə sataq”, deyə Şri-Lankanın Qiymətli Daşlar üzrə Milli İdarəsindən jurnalistlərə məlumat verilib.

Qeyd edək ki, Yer üzündə ən nadir daşlardan biri hesab edilən nəhəng sapfir 2021-ci ilin yayında Şri-Lankanın cənub-qərbindəki Ratnapura şəhərində quyu qazarkən işçilər tərəfindən təsadüfən aşkar edilib. Mütəxəssislərin fikrincə, sapfirli qaya parçasının çəkisi 2,5 milyon karatdan çoxdur. Tapıntı dərhal Ginnesin Rekordlar Kitabına salınıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR