Dünya xəstəxanalarını ölümcül təhlükəli göbələk xəstəliyi bürüyüb: Yeni pandemiyanın başlanğıcı

Dünya xəstəxanalarını ölümcül təhlükəli göbələk mutant “Candida auris” xəstəliyi bürüyüb.

Bu barədə 360 TV xəbər yayıb.

Bildirilir ki, alimlər bunu növbəti pandemiyanın səbəbi kimi göstərirlər.

Bu göbələk xəstəxanada yatan immuniteti zəif olan insanlara yoluxur.

Alimlərin fərziyyəsinə görə, antibiotiklərin kütləvi (bəzən də əsassız) istifadəsi bu növün yaranmasına səbəb olur.

“Candida auris” dərmana qarşı davamlıdır. Onu standart laborator üsullarla müəyyənləşdirmək çətindir, hətta laboratoriyada xüsusi texnologiya olmadığı təqdirdə diaqnoz düzgün qoyulmaya bilər. Bundan başqa, “Candida auris” xəstəxana infeksiyasıdır, yəni əsasən tibbi müəssisələrdə və stasionarlarda yaranır.

O da vurğulanır ki, göbələk hava-damcı, ərzaqlarla və sair bu kimi hallarla insandan insana keçmir. Xəstəlik müəyyən insanda yalnız uzun antibiotik terapiyası kursu keçirsə baş verir.

Rəylər

OXŞAR XƏBƏRLƏR