Dubayda dünyanın ən hündür hoteli açılacaq

Dubayda “Ciel” adlı dünyanın ən hündür hoteli tikilir.

Russianemirates.com xəbər verir ki, hotelin açılışı 2022-ci ilin sonunda və yaxud 2023-cü ilin əvvəlində olacaq.

360 metr hündürlükdə olacaq hotel 82 mərtəbədən ibarətdir. O, Şeyx Zayed prospektindəki “Gevora” hotelindən cəmi dörd metr hündür olacaq.

Hotel dünyada ən hündür açıq hovuza malik olacaq. Mehmanxananın müşahidə göyərtəsindən dənizə və “The Palm Jumeirah” adasına gözəl mənzərələr açılacaq.

Rəylər

OXŞAR XƏBƏRLƏR